Tayvanda sosial mediada "Quava gözəli" kimi tanınan 24 yaşlı fenomen Guava Şuishui təhlükəli məzmunu ilə tanınırdı.
Medicina.az xəbər verir ki, gənc qadın Instagram və TikTok-da dodaq boyası, ənlik, üz maskaları və hətta pambıq yastiqciqlar kimi kosmetik məhsullar yediyi videoları ilə böyük bir izləyici kütləsinə çatdı.
Dünyada tanınan qadın bu təhlükəli məzmunlara görə həyatını itirib.
YEDİYİ MƏHSULLARDAN ZƏHƏRLƏNİB
"South China Morning Post" qəzetinin yazdığına görə, Quavanın qəfil ölümünə kosmetik məhsullarda olan kimyəvi maddələrdən zəhərlənmə səbəb olub.
Lakin ölümün səbəbi bəlli olmadığından səlahiyyətlilər toksikoloji hesabatın nəticəsini gözləyir.
Ailəsi sosial media hesabından verdiyi açıqlamada gənc qadının mayın 24-də qəfil xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb.
Quavanın ölümü sosial mediada geniş əks-səda doğurub.
Bir çox istifadəçi bu cür məzmunun xüsusilə gənc izləyicilərə mənfi təsir etdiyini vurğulasa da, bəziləri “Makiyaj məhsulları yemək əyləncəli ola bilər, amma kimyəvi tərkibini unutma” deyərək xəbərdarlıq edib.
Aygün
Medicina.az