Kovid 19-un yeni təhlükəsi tapıldı

  • 2024.03.29 18:25
  • 562 Baxış
Kovid 19-un yeni təhlükəsi  tapıldı

Alimlər Kovid 19-un psixi sağlamlıq üçün yeni təhlükəli təsirini aşkarlayıb.


“Medicina” xəbər verir ki, bu barədə Britaniya biobankının məlumatları əlavə tədqiqata cəlb olunub.

Baza 3 qrupa bölünüb: kovid keçirmiş infeksiyalı insanlar 26 min nəfər, hazırda infeksiyası olmayan 380 min nəfər və pandemiyaya qədər kontrol qrupu 390 min nəfər.


Məlum olub ki, infeksiyalaşmış iştirakçılarda müxtəlif psixi pozulmalar – əhval pozulması, təşviş, alkoqol, kofein tükətimi, yuxu pozulması, depressiya riski artıb.


Bu risk kovid səbəbindən xəstəxanada yatanlarda 2 dəfə çox olub.
Amma əlamətlər və risk tam vaksinasiya olmuş insanlarda azalıb, bu da kovid vaksinlərinin kovidin psixi problemlər yaratmasının və xəstəliklərin proqressivləşməsinin qarşısını aldığını göstərir.


Aygün Musayeva