Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kovid peyvəndi etdirdi – İndi yemək yeyə bilmir

  • 2025.06.17 11:24
  • 172 Baxış
Kovid peyvəndi etdirdi   –  İndi yemək yeyə bilmir


60 yaşlı qadın Pfizer koronavirus peyvəndi aldıqdan sonra dilində ağır yaralar əmələ gəlib. Bu yaralar hər dozadan sonra daha da pisləşib və o, bir neçə ay yemək yeyə bilmir.


“Medicina” xəbər verir ki, Avstraliyada 60 yaşlı qadında Pfizer peyvəndi aldıqdan sonra dilində ağır yaralar əmələ gəlib. Onun simptomları hər yeni peyvəndlə pisləşirdi.


Peyvəndin yan təsirləri arasında ağız quruluğu və iltihab o qədər şiddətli idi ki, o, ənənəvi şəkildə yeyə bilmirdi. Həkimlər nə baş verdiyini anlamaq üçün 9 ay vaxt sərf edib və bu müddət ərzində o, 12 kq arıqlayıb.

Diaqnoz zamanı onun şişmiş dili çatlamağa başlayıb. Qadına Sjogren sindromu diaqnozu qoyulub, bu sindromda immunitet sistemi zəifləyir və bədənin sağlam hissələrini zədələyir. Yalnız 6 həftəlik yerli steroid kursu vəziyyətin öhdəsindən gəlməyə kömək etdi.


Bu nadir yan təsir elmi jurnallardan birində təsvir edilmişdir. Xəstəyə peyvəndin üç dozası vurulub, onlardan ikisi ilkin kurs, üçüncüsü isə revaksinasiya olub. Qeyd edək ki, oxşar simptomlar koronavirusa yoluxmuş bəzi xəstələrdə də qeydə alınıb, ona görə də indi onları hətta “covid dili” adlandırırlar.


Aygün Musayeva