Kovid peyvəndini hər il vurdurmaq lazım olacaq ALİMLƏR

  • 2021.05.20 16:34
  • 1738 Baxış
Kovid peyvəndini hər il vurdurmaq lazım olacaq   ALİMLƏR

Bu proqnozu Avstraliya alimləri edib.

Alimlər insana virusa təkrar yoluxmadan qorunmaq üçün nə qədər antitel lazım olduğunu hesablayıb.


Onlar peyvənddən sonra hansı miqdarda antitelin uzun müddət insanı virusdan qoruya biləcəyi sualına açıqlama veriblər.

Medicina.az xəbər verir ki, bir neçə elmi mərkəzin tədqiqatları həm təbii virusa yoluxanlarda, həm də peyvənd etdirənlərdə antitelin orqanizmi nə qədər qoruya biləcəyini öyrənib. Tədqiqatda bütün vaksinlər, eləcə də Sputnik araşdırılıb.


Nəticədə onlar bu qərara gəlib ki, vaksin və ya xəstəliyə birinci erkən immune cavab uzun müddət qorumaq üçün yetərli deyil. Təkrar yoluxmadan qorunma antitel titrlərinin nə qədər yüksək olmasından asılıdır. Əgər insanda xəstəlik və peyvənddən sonra nə qədər yüksək anticisim yaranarsa bir o qədər qoruna biləcək və ya əksinə.
Peyvənddən sonra antitel çox azdırsa hər an yoluxma ola bilər.

Təkrar yoluxmadan qorunmaq üçün qanda 20% neytrallaşdırıcı antitel olması yetərlidir.
Kovidin ağır formasından qorunmaq üçünsə cəmi 3%neytralizə edici antitel olması lazımdır.

Riyazi hesablamalar göstərib ki, xəstəlik və ya peyvənddən sonrakı 6-8 ay ərzində qanda antitel səviyyəsi azalmağa doğru edir. Lakin xəstəliyi ağır formada keçirmədən müdafiə hələ mümkündür.

“Peyvənd çox yaxşı işləyir, lakin qısa müddətə. Əksər hətta məşhur vaksinlərin effektivliyi ilk 3 ayda azalmağa doğru gedir.

Optimal səviyyədə virusdan qorunmaq üçün hər il koronavirus peyvəndi təkrarlanmalıdır, eyni qripdə olduğu kimi”.