Kovid uşaqlarda başqa gizli xəstəlikləri qabardır

  • 2022.01.31 16:22
  • 2932 Baxış
Kovid uşaqlarda başqa gizli xəstəlikləri qabardır

Koronavirusun bəzi uşaqlarda Multisistemli İltihabi Sindrom (MIS-C) xəstəliyinə səbəb olduğu müəyyən edilib.

Araşdırmalar koronavirusun bədəndə gizlənmiş virusları oyada bildiyini göstərir.

Medicina.az xəbər verir ki, professor Səlcuq Yüksel bu barədə məlumat verib

Dəri səpgilərinin səbəbini araşdırdığımız tədqiqat zamanı öyrəndik ki, normalda viruslar başqa bir virusa səbəb olmur. Ancaq bu virus MIS-C xəstəliyinə səbəb olduqda, bədənimizdə gizli qalan herpes kimi virusları da oyadır.

Üstəlik, kiçik damar müayinələrində biz damarların laxtalarla örtüldüyünü gördük.

Valideyinlər bilməlidir ki, MIS-C xəstəliyi ölümcül bir xəstəlikdir. Uşaqlarda dəridə səpki və qızdırma olduqda, COVID-19 olub-olmamasından asılı olmayaraq, həkimə müraciət edilməsi mütləqdir.