Kovid vaksini insan DNT-də dəyişiklik edir?- İnfeksionistdən cavab

  • 2022.02.24 16:05
  • 2183 Baxış
Kovid vaksini insan DNT-də dəyişiklik edir? - İnfeksionistdən cavab

“Vaksinin insanlarda DNT dəyişikliyinə səbəb olduğuna dair yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksiyon xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev qurumun “Facebook” səhifəsi üzərindən paylaşılan materialda məlumat verib.

O bildirib ki, COVID-19 əleyhinə vaksinlərin hazırlanmasında MRNT adlanan yeni texnologiyalardan istifadə olunur:

“MRNT heç bir halda insan hüceyrələrində olan hüceyrələri dəyişdirə bilməz”.

Həkim infeksionist peyvəndlərin ürək əzələlərinə təsir edərək ölümə səbəb olmasına dair iddialara da cavab verib:

“Peyvəndlər heç bir halda ürək əzələlərinə təsir edərək miokarditə səbəb ola bilməz. Peyvənddən sonra inyeksiya yerində ağrı, hərarət, yorğunluq, halsızlıq kimi kliniki şikayətlər ola bilir. Bu, orqanizmin cavab reaksiyasıdır. Bu cavab reaksiyası orqanizmdən asılı olaraq ola da bilər, olmaya da bilər”.