Kovid xəstəxanasında yanğın baş verdi

  • 2021.12.24 13:47
  • 2447 Baxış
Kovid xəstəxanasında yanğın baş verdi


Rusiyanın Həştərxan vilayətində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın baş verib.


Medicina.az xəbər verir ki, “yanğın xəstəxananın reanimasiya şöbəsində meydana gəlib.

Nəticədə həmin şöbədə 2 nəfər həlak olub. Digər şəxslər təxliyyə olunub.