Koviddə Sitoken fırtınasına qarşı yeni dərman - qeydə alındı

  • 2022.10.13 15:13
  • 1999 Baxış
Koviddə Sitoken fırtınasına qarşı yeni dərman  - qeydə alındı

Rusiya Səhiyyə nazirliyi kovid xəstələrini xilas edə biləcək yeni preparatı dövlət qeydiyyatına alıb.

"Medicina" xəbər verir ki, kovid xəstələrinin ölümünə və ya sağalandan sonra ağır kovid sonrası duruma səbəb olan Sitoken fırtınasına qarşı dərman effektivliyini sübut edib.

"Ambervin Pulmo" adlı dərman ağciyər və qan dövranına sitokinlərin keçməsinə mane olacaq.

Təlimata görə, dərman yalnız xəstəxanada ağır və orta ağır xəstələrə inyeksiya və inhalyasiya şəklində tətbiq olunacaq.
Uşaq, hamilə və yeniyetmələrə uyğun deyil.

Dərmanın 2 sınaq müddəti uğurlu keçib.

Aygün Musayeva