Koviddən sonra xərçəngə qarşı peyvənd gələcək - Məşhur alimlər

  • 16 İyn 2021 15:21
  • 1162 Baxış
Koviddən sonra xərçəngə qarşı peyvənd gələcək -  Məşhur alimlər
Koronavirus peyvəndi hazırlayan türkiyəli cütlük xərçəngə qarşı da peyvənd hazırlayacaq
Koronavirus peyvəndi hazırlayan Almaniya firması “BioNTech”in qurucu ortağı türkiyəli professor Uğur Şahin və doktor Özlem Türeci xərçəngə qarşı da peyvənd hazırlayacaqlar.

“Euronews” xəbər verir ki, türkiyəli cütlük sözügedən peyvəndin 2023-cü ilə hazır olacağını bildirib.

Onlar pandemiyadan əvvəl xərçəng peyvəndi istehsalı üzərində çalışıblar. Hazırladıqları koronavirus peyvəndində istifadə olunan “mRNA” texnologiyasının xərçənglə mübarizədə böyük təsir göstərəcəyinə inandıqlarını söyləyən cütlük immunitet sistemini öyrətməklə bu virusla mübarizə texnologiyasını şişlərə qarşı mübarizədə istifadə etməyi hədəfləyir.

“mRNA” texnologiyası hazırda melanoma və beyin şişləri kimi güclü xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.