Koviddən və vaksindən sonra tromboza qarşı hansı dərmanı içməlisiz – Həkim

  • 2022.03.10 18:19
  • 2386 Baxış
Koviddən və vaksindən sonra tromboza qarşı hansı dərmanı içməlisiz  – Həkim

Rusiyalı həkim terapevt Larisa Alekseyeva koviddən sonra tromboz və qan qatılaşması səbəbindən insult, infarkt riski yüksəldiyi üçün sağalandan sonra da aspirin tərkibli preparatlar qəbul edilməsini vacib hesab edir.


Bakupost.az xəbər verir ki, Alekseyeva aspirini trombozların profilaktikası üçün ən uyğun preparat adlandırıb.

Xüsusən koviddən sonra təyyarə ilə uzun uçuşlara hazırlaşanlar mütləq aspirin içməlidir ki, orqanizm bu uçuşlara tab gətirə bilsin.


“Həm yoluxub sağaldıqdan, həm də vaksindən sonra bir qrup insanlara aspirin içmək mütləqdir. Məlumdur ki, təyyarədə uçuşlar zamanı qanda laxtalanma baş verir. Qərb ölkələrində Pfizer peyvəndi vurduran hər kəsə uçuşdan əvvəl Aspirin verilir. İçir, sonra təyyarəyə minir.
10 illərdir ki, aspirindən tromba qarşı profilaktik məqsədlə istifadə edilib.


Preparat hətta kiçik dozada belə effektivdir və iltihab əleyhinə də təsir göstərir”.

Aygün M