Kütləvi qida zəhərlənməsi - 626 uşaq xəstəxanalıq oldu

  • 2019.10.26 09:57
  • 2568 Baxış
Kütləvi qida zəhərlənməsi -  626 uşaq xəstəxanalıq oldu

Bu il Ukraynada məktəb və uşaq bağçalarında 626 uşaq qidadan zəhərlənib.


 


Medicina.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ukraynanın Baş naziri Aleksey Qonçaruk məlumat verib.


 


"Bizim məktəb və uşaq bağçalarında hər gün 5 milyon uşaq qidalanır.
Bu il qidalanma məsələsində uşaq bağçası və məktəblərin 38 faizində
pozuntu qeydə alınıb. Hər gün qidalanan uşaqların yarısına yaxını
təhlükə ilə üzləşir”, - deyə Baş nazir əlavə edib.


 


A.Qonçaruk hesab edir ki, bu sahə ilə məşğul olan mütəxəssislər sistematik olaraq maarifləndirilməlidir.


 


"Üstəlik, müvafiq qaydalara dəyişiklik etmək, pəhriz tövsiyə olunan
uşaqların siyahısını müəyyənləşdirmək lazımdır. Məktəb yeməkxanaları
üçün resept kitabçaları və menyular kolleksiyalarının siyahısını
yeniləmək və məktəblər, uşaq bağçaları üçün dövlət sanitariya qaydaları
və standartlarını modernləşdirmək lazımdır. Noyabrın 15-dək bununla
bağlı tapşırıqlar yerinə yetirilməlidir”, - deyə A.Qonçaruk vurğulayıb.