Lənkəranda 104 yaşlı nənə özü gəlib səs verdi

  • 2024.02.07 19:51
  • 539 Baxış
Lənkəranda 104 yaşlı nənə  özü gəlib səs verdi


Lənkəranda 104 yaşlı seçici seçkilərdə iştirak edib.


"Medicina" xəbər verir ki, Lənkəran rayonunun Xarxatan kənd sakini, 104 yaşlı Qızvəs Səmid qızı Mehtiyeva 76 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, 104 yaşlı Qızvəs Mehtiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var.