Lənkəranda maaşlara görə etiraz edən tibb işçiləri təhqir olundu - " Rədd olun, evinizə"

  • 2020.05.15 16:49
  • 3475 Baxış
Lənkəranda maaşlara görə etiraz edən tibb işçiləri təhqir olundu     -  " Rədd olun, evinizə"

Lənkəranda koronavirusla mübarizə çərçivəsində fəaliyyət göstərən tibb işçiləri onlara üç aya görə cəmi 190 manat əlavə ödənilməsinə etiraz ediblər.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini etiraz edən tibb işçilərini təhqir edərək qovub.

Medicina.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məsələ ilə bağlı araşdırılma aparıldığını bildirdi.

“Bununla bağlı videogörüntüdə əks olunan baş həkimin müavininin izahatı alınıb, ona müvafiq qaydada xəbərdarlıq edilib”.