“Mall”arda hər kəs maskada olmalıdır – Təbib sədri

  • 2020.05.29 18:51
  • 2758 Baxış
“Mall”arda  hər kəs maskada olmalıdır  – Təbib sədri

"Mall"a daxil olarkən müştəri mütləq maskada olmalıdır. Nəzarət sahəsindən keçdikdən sonra maskanı düzgün istifadə etdiyinə diqqət yetirilməlidir. Çoxu maskanı düzgün taxmır. Bu zaman virusdan qorunmaq mümkün deyil.

Maska həm burunu, həm ağızı bağlamalıdır. Alış veriş zamanı da mütləq maskada
olmalıdırlar. Eyni zamanda satıcılar və işçilər də maskada xidmət etməlidir. Müştərilər arasında 1,5 metr social məsafə mütləq olmalıdır.

Medicina.az xəbər verir ki, bunu Malların açılması ilə bağlı Təbibin metodik tövsiyə və tələblərini izah edərkən Ramin Bayramlı bildirib.