Maradonanın həkiminə cinayət işi açıldı

  • 2020.11.30 13:12
  • 760 Baxış
Maradonanın həkiminə cinayət işi açıldı

Bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın həkimi Leopoldo Luke xəstəyə kömək göstərməməkdə ittiham olunur.


Argentina prokurorluğu Lukenin haqqında cinayət işi başladıb və onun sənədlərini, kompüterini ələ keçirib.

Luke mətbuata açıqlamasında ittihamların əsassız olduğunu bildirib:

“Nə etdiyimi bilirəm, Maradona üçün əlimdən gələni etdim, buna tam əminəm”.

Maradona noyabr 25-də ürəktutmasından vəfat edib.