Marketlərdə ən yaxşı qara istiot seçildi: İlk 3-lük açıqlanıb

  • 2026.08.19 13:44
  • 133 Baxış
Marketlərdə ən yaxşı qara istiot seçildi: İlk 3-lük açıqlanıb

Fransanın “60 Millions de consommateurs” jurnalı 2025-ci ilin iyun sayında supermarketlərdə satılan 10 növ üyüdülmüş qara istiotu araşdırıb.

Medicina.az xəbər verir ki, məhsullar pestisid qalıqları, mikrobioloji keyfiyyət, rütubət və efir yağlarının miqdarı kimi göstəricilər üzrə qiymətləndirilib.

Araşdırmanın nəticəsinə görə, üç üzvi qara istiot 20 bal üzərindən 16-dan yüksək nəticə göstərib.

Birinci yerdə Cook markasının Madaqaskar qara istiotu qərarlaşıb – 16,6 bal. İkinci yeri Sainte Lucie markasının qara istiotu 16,5 balla, üçüncü yeri isə Léa Nature məhsulu 16,1 balla tutub.

Araşdırmada diqqətçəkən məqamlardan biri də 10 məhsuldan 6-da pestisid qalıqlarının aşkarlanması olub.

Nəticələrə görə, qara istiot alarkən yalnız qiymətə deyil, məhsulun keyfiyyətinə və tərkibinə də diqqət yetirmək tövsiyə olunur.

Xanım,
Medicina.az