Marketlərdə satılan farşlarda antibiotik və bağırsaq çöpləri tapıldı

  • 2020.02.14 17:15
  • 3077 Baxış
Marketlərdə satılan farşlarda antibiotik və bağırsaq çöpləri tapıldı



Marketlərdə hazır satılan və xarici görünüşü ilə alıcıları cəlb edən müxtəlif farşlar keyfiyyətli deyil və demək olar, 80%-i təhlükəli bakterial həddi aşıb.


Medicina.az xəbər verir ki, Rusiyanın Roskontrol Ümumrusiya İstehlakçılar Birliyi Moskvanın iri marketlərində ən çox satılan donuz və mal əti farş markalarından nümunələri yoxlayıb.

Əksər farşlarda antibiotik izləri, Okey adlı keyfiyyətli farşa zəmanət verən markanın farşında isə bir qrup bağırsaq çöpləri, 2 növ farşda isə listeriya qurdları tapılıb.

Nəticədə heç bir farş istifadəyə tam yararlı elan olunmayıb.

Yalnız bir markada “Perekrestkada” mikrob, bakteriya və antibiotik tapılmayıb.

Maraqlı məqam odur ki, ötən ilki yoxlamaların nəticəsində ən yaxşı farş markası elan edilənlərin bu dəfəki məhsulları da üzü ağ etməyib, əksinə onlar da təhlükəli hesab edilib.

Bu onu göstərir ki, yoxlama və ekspertizalar ildə 1-2 dəfə aparılmaqla ən yaxşı qida istehsalçısını təyin etmək olmaz, yoxlamalar ildə 3-5 dəfə aparılmalıdır.

Moskva kimi şəhərin marketlərində, ciddi sanitariya normaları ilə fəaliyyət göstərən ət istehsal müəssisə və zavodlarından gələn marka farşlar belə problemli çıxırsa, indi Bakıda naməlum mənşəli farşların keyfiyyətini təsəvvür edin.

Qeyd edək ki, çox zaman farş üçün bir qədər keyfiyyətsiz ətlər seçilir, ət elə marketin içində ətçəkəndən keçirilib, qaba qoyulur, bununla da insan amili ilə bağırsaq çöplərinin və digər bakterial yoluxma amilləri artır.