Martda vəziyyət dəyişə bilər- ÜST nümayəndəsi

  • 2020.11.13 14:38
  • 8037 Baxış
Martda vəziyyət dəyişə bilər - ÜST nümayəndəsi

Dünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə bağlı vəziyyətin mart ayında çevriləcəyinə ümid etdiyini açıqlayıb.

Medicina.az xəbər verir ki, ÜST Baş Direktoru Bryus Eylvard Cenevrədə keçirilən 73-cü Dünya Səhiyyə Assambleyası zamanı bunları deyib.

“Hazırda dünyada həyata keçirilən müstəsna tədbirlər pandemiya ilə bağlı mövcud vəziyyəti mart ayında əsaslı şəkildə dəyişdirəcək. O vaxta qədər COVID-19 ilə mübarizə üçün bütün lazımlı terapiya, mexaniki ventilyasiya və fərdi qoruyucu vasitələr, deksametazon daxil olmaqla, kifayət qədər dərman preparatları istehsal olunacaq. Ancaq ÜST peyvəndin ortaya çıxmasını gözləyir” .

Bundan əlavə, təşkilat 2021-ci ilin mart ayında koronavirus diaqnozunu müstəqil şəkildə təyinetmə testlərinin ortaya çıxmasını gözləyir.