Lin Greybi adlı amerikalı qadın matçanı içdikdən sonra özünü pis hiss edib. Xəstəxanaya gedərək analizlər verib və həkimlərdən anemiya olduğunu öyrənib.
"Medicina" xəbər verir ki, matça da digər yaşıl çaylar kimi, polifenollarla zəngindir ki, bunlar adətən orqanizmə faydalarına görə təriflənən antioksidantlardır. Lakin eyni birləşmələr bitki qidalarında və zənginləşdirilmiş qidalarda olan qeyri-hem dəmirin udulmasına mane ola bilər.
"Polifenollar dəmirin udulmasını azalda bilər, xüsusən də çay yemək zamanı və ya dərhal sonra içildikdə"- deyə həkimlər bildirib.
Matçada kofein çox olduğundan insanda ani təzyiq yüksəlməsi, ürək döyüntüsü və təşviş yarada bilər.
Aygün Musayeva