Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

McDonald's-da qadağa - Yaşı 21-dən aşağı olanlar buraxılmayacaq

  • 2025.05.17 15:11
  • 195 Baxış
McDonald's-da qadağa -  Yaşı 21-dən aşağı olanlar buraxılmayacaq

Az qala hər kəsin sevdiyi fast food markası McDonald's-ın ABŞ-ın Virciniya ştatında yerləşən filialında diqqətçəkən qərar qəbul edilib.

Medicina.az bildirir ki, müştərilərin tələblərindən sonra 21 yaşdan aşağı şəxslərin restorana girişinin məhdudlaşdırılması ilə bağlı qərar verilib.

Bildirilib ki, filialın Frankoniya bölgəsində aldığı bu qərara səbəb bölgədə artan tələbə şiddəti olub.

Bu qərardan sonra McDonald's filialının içərisinə yalnız 21 yaşdan yuxarı müştərilər buraxılacaq.



Yaşı 21-dən yuxarı olan və filiala daxil olmaq istəyən müştərilər qapı zənginə basacaq və işçi şəxsiyyət vəsiqəsini yoxladıqdan sonra içəri buraxılacaq. Bu yalnız həftə içi, bazar ertəsindən cümə gününə qədər etibarlı olacaq.

Yeni təcrübədə bəzi istisnalar var. Bu istisnalarla birlikdə, valideynlər özləri ilə maksimum dörd uşaq gətirmək şərti ilə restoranda yemək yeyə biləcəklər...

Aygün
Medicina.az