Mədə qoruyucu məşhur dərmanlarda təhlükə - DİQQƏT

  • 2021.03.30 15:49
  • 1686 Baxış
Mədə qoruyucu məşhur dərmanlarda təhlükə -  DİQQƏT

İndi hər reseptin başında yazılan, qəbul edilən dərmanlardan mədəni qoruyacaq preparatların uzun müddət istifadəsinin çox zərərləri var.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Bülent Yaşar nə qədər həkim təyinatı, güvənli qəbul edilsə də, turşuluq söndürücü bu dərmanlar 1 ildən sonra xəstələrdə 4-5 əlavə problemin yaratdığını bildirib.

Bunlar sümüklərin sıxlığının artması, əriməsi, maqnezium və B 12 əskikliyinə səbəb olur.

“Əslində mədə turşuluğu hesab edildiyi kimi zərərli bir şey deyil. Proteinlərin mənimsənilməsi, kalsium, B 12, qalxanvari vəz hormone sovrulması üçün lazımdır.

Ayrıca mədə turşusu ağızdan keçən zərərli mikroorqanizmlərin bağırsaqlara keçib çoxalmasının qarşısını alıan baryerdir.