Mədədə turşuluq problemi deyildikdə insanların çoxu yalnız turşuluğun artmasını düşünür. Halbuki mədə turşusunun az olması da kifayət qədər geniş yayılmış problemdir və əlamətləri çox vaxt bir-birinə bənzədiyi üçün qarışdırılır.
Medicina.az xəbər verir ki, mədə turşusu çox olduqda bu əlamətlər olur.
Sinədə yanma (qıcqırma)
Ağza turş və ya acı mayenin gəlməsi
Yeməkdən sonra mədədə yanma hissi
Turş gəyirmə
Gecələr uzananda şikayətlərin artması.
Boğazda yanma və ya xroniki öskürək
Mədə turşusu az olduqda hansı əlamətlər görünə bilər?
Yeməkdən sonra mədədə ağırlıq hissi
Həzm prosesinin ləngiməsi
Qarında köp və qaz
Tez doyma hissi
Gəyirmə
Bəzi qidaları, xüsusilə ət məhsullarını həzm etməkdə çətinlik
Dəmir, B12 vitamini və maqnezium çatışmazlığına meyillilik
Əlamətlərə əsasən qərar vermək olarmı?
Mədə turşusunun azlığı və çoxluğu oxşar şikayətlər yarada bilər. Buna görə yalnız simptomlara əsaslanaraq diaqnoz qoymaq düzgün deyil.
Bunu necə dəqiq müəyyən etmək olar?
Dəqiq səbəbi öyrənmək üçün həkim müayinəsi vacibdir. Lazım gəldikdə aşağıdakı müayinələr tövsiyə oluna bilər:
Qastroskopiya.
Helicobacter pylori infeksiyasının yoxlanılması.
Mədə turşuluğunun qiymətləndirilməsi üçün xüsusi testlər (zəruri hallarda).
Qan analizləri (dəmir, B12 vitamini və digər göstəricilər).
Mədə yanması həmişə turşuluğun çox olduğunu, köp və ağırlıq hissi isə mütləq turşuluğun az olduğunu göstərmir. Düzgün diaqnoz üçün həkim müayinəsi və lazım gəldikdə əlavə analizlər vacibdir. Problemin səbəbi müəyyən edildikdən sonra uyğun müalicə seçilə bilər.
Aygün Musayeva