Az kalorili alma cipsi - EVDƏ HAZIRLAYIN

  • 27 İyul, 2019
  • 15241 Baxış
Az kalorili alma cipsi - EVDƏ HAZIRLAYIN

Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağınıza vermək əvəzinə, özünüz mətbəxdə keyfiyyətli versiyalarını hazırlaya bilərsiniz.

Medicina.az həm aşağı kalorili həm də hamının, xüsusilə də uşaqların sevdiyi alma cipsinin hazırlanma qaydasını təqdim edir:

Lazım olanlar:

3 qırmızı alma

Limon suyu

Bir az darçın


Hazırlanma qaydası:

Alamaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz. Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Daha sonra sonra soyumasını gözləyin.