Lənkəranda dəhşətli qəza: Sürücü öldü, 23 yaralı var

  • 2019.08.29 09:46
  • 10757 Baxış
Lənkəranda dəhşətli qəza:  Sürücü öldü, 23 yaralı var
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib. Bu barədə məlumatı medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 Bildirlir ki, 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran MRX-ya çatdırılıb.

Xəstəxanadan bildirilib ki, 10 nəfər xəstəxanada qalacaq digərləri ambulator müalicəyə buraxılır. Qalan 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir.

Baş həkimin sözlərinə görə açıq kəllə beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə beyin travması və qabırğa sınığıdır.

Vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.