"Mən də Çin vaksini vurdurmuşam" - Əli Əhmədov

  • 2021.07.13 12:38
  • 1337 Baxış
"Mən də Çin vaksini vurdurmuşam" -   Əli Əhmədov
Azərbaycana vaksin çatdırılmasını operativ şəkildə həyata keçirdiklərinə görə çinli dostlarımıza çox minnətdarıq. Bir çox azərbaycanlı, o cümlədən mən Çin istehsalı olan vaksinlə peyvənd olunmuşuq. Bu isə bizə özümüzü təhlükəsiz hiss etməyə şərait yaradır”.

Medicina.az -ın məlumatına görə, bu barədə Baş nazirin müavini Əli Əhmədov Çinin Sinxua” informasiya agentliyinə müsahibəsində deyib.

O həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünə də toxunub: "Çin Prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər​, bir yol” təşəbbüsü həm Çində, həm də bütün dünyada böyük dəstək qazanıb. Azərbaycan bu yeniliyi tam olaraq dəstəkləyir və onun reallaşması üçün əlindən gələni edir”.

Ə.Əhmədov COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində iki ölkə arasında əməkdaşlığı da bütün dünya ölkələri üçün yaxşı nümunə adlandırıb.