Menstruasiya pozulmasında hansı analizləri verməli?

  • 2022.09.16 14:36
  • 2173 Baxış
Menstruasiya pozulmasında hansı analizləri verməli?

Müntəzəm olmayan menstrual tsikl və pozulmada bəzi analizlər vermək lazımdır.


"Medicina" xəbər verir ki, ginekoloq Tatyana İlyuxina tövsiyələr verib.


Menstrual tsikldə problemlər çox zaman yüksək faizlə yumurtalıqların polikistozu səbəbindən baş verir.

"Polikistoz irsi genetik xəstəlikdir. Yeniyetmə və gənc yaşlarda görülür.

Müalicəsi aparılsa, hamiləlik alına bilər.

Bu xəstəliyi olan qadınlarda menstruasiya pozulması və ovulyasiya olmaması baş verir.

Əgər bir qadında mentsrual tsikl 38-40 gündən artıq davam edibsə və ildə 8-9 dəfədən az baş veribsə, bu ciddi siqnaldır.

Ola bilər ki, qadında kişi cinsi hormonlarının səviyyəsi artıb.

Bu zaman üzdə və qarında cod tüklər çıxır. Başda tüklər isə tökülür.

USM müayinədə yumurtalıqlarda 20 follikul izlənirsə və yumurtalıq ölçüsü böyüyübsə, diaqnoz təsdiqlənir.

O ki qaldı analizlərə, pozulmalar zamanı TSH, ümumi testosteron, progesteron, kortizol, FSQ, estradiol analizləri verilir.
Bu problemi ginekoloq endokrinoloq həll edir".

Aygün Musayeva