Menstruasiyada isti duş olarmı?

  • 2024.03.15 18:12
  • 642 Baxış
Menstruasiyada isti duş olarmı?

Ağrılı menstruasiya zamanı isti duş qəbul etmək faydalıdır, yoxsa zərərli?


“Medicina” xəbər verir ki, ABŞ alimləri isti duşun vəziyyətə kömək etdiyini sübut edib.


Halbuki bu günlərdə isti ayaq vannası və vanna tövsiyə edilmir, çünki bu zaman qan dövranı artır və qanama faktoru çoxalır.


Eləcə də uşaqlıq mikroflorası pozulduğu üçün bu günlərdə çox su ilə təmas, dəniz, vanna bakteriyaların keçməsinə səbəb olur.


Bunları nəzərə alaraq, çox qadınlar uşaq vaxtından bu günlər duş alıb çimməkdən də ehtiyat edir.

Alimlər isə bunun əksini deyir. Vanna yox, amma 3-5 dəqiqəlik isti duş almaq əzələ spazmını aradan qaıdırır, bədəni rahatladır, ağrı sindromunu azaldır, dərmana ehtiyac olmur, eləcə də qadının emosional vəziyyətini düzəldir.

Bəzi qadınlarda ilk günlər titrəmə olur, bazal temperatur qalxır.
Tədqiqat göstərib ki, 67% qadın isti duşdan sonra simptomların azaldığını, daha yaxşı yatdıqların bildirib.


Həkimlər isti duşda çox qalmamağı, suyu qaynar etməməyi tövsiyə edir.
Ağrılı menstruasiya uşaqlıq boynunun əzələ spazmından gec açılması səbəbindən olur. Məhz buna görə isti duş bu prosesi düzəldir.


Aygün M