Merkel vaksinasiya müraciətini ləğv etdi - SƏBƏB

  • 2021.04.12 10:53
  • 1266 Baxış
Merkel vaksinasiya müraciətini ləğv etdi -  SƏBƏB
Almaniya Kansleri Angela Merkel vaksinasiya ilə bağlı müraciətini ləğv edib.

Medicina.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, Merkel aprelin 11-də peyvənd olunmaq üçün müraciət etmişdi. Lakin müraciət bir müddət sonra ləğv edilib.

Ehtimal edilir ki, müraciət Xristian-Demokrat İttifaqı və Xristian Sosial Birliyinin iclası səbəbindən ləğv olunub.

Nəşrin məlumatına görə, Merkel keçmiş Berlin-Tempelxof aeroportunun ərazisində təşkil olunmuş tibb mərkəzində peyvənd olunmalı idi. Ona Britaniya-İsveç firmasının “AstraZeneca” peyvəndinin vurulması planlaşdırılırdı.