Aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı yeni fotolarını paylaşıblar.
Medicina.az xəbər verir ki, münasibətlərini diqqətdən kənarda saxlamağa üstünlük verən məşhur cütlük tez-tez birlikdə səyahət edir.
Bu yaxınlarda Maldiv adalarına gedən Hande Erçel və Hakan Sabancı Romaya yollanıblar.
Hakan Sabancı sevgilisi ilə Roma-Paris qatarında əl-ələ fotolarını paylaşıb.
Məşhur cütlüyün romantik pozası minlərlə bəyənmə və şərh alıb.
Qeyd edək ki, zaman-zaman ayrılıq dedi-qoduları ilə gündəmə gələn cütlükdən Hakan Sabancı "Çox yaxşı münasibətimiz var. İnsanlar həmişə münasibətimizdən danışır, səbəbini anlaya bilmirəm" deyə.açıqlama vermişdi.
Aygün
Medicina.az