Məşhur aktrisanın gözəllik sirri üzə çıxdı - Bu pəhrizlə arıqlayıbmış

  • 2024.05.06 13:04
  • 482 Baxış
Məşhur aktrisanın gözəllik sirri üzə çıxdı -  Bu pəhrizlə arıqlayıbmış
Türkiyəli məşhur aktrisa Pelin Karahan gözəlliyini borclu olduğu pəhrizi açıqlayıb.

Medicina.az xəbər verir ki, aktrisa ketogen pəhriz sayəsində 1,5 ayda 8 kiloqram arıqladığını bildirib.

İki uşaq anası olan ulduz idmanın hər zaman həyatının bir parçası olduğunu və pəhrizinə xüsusi diqqət yetirdiyini deyir. Yeməyi çox sevdiyini söyləyən Karahan son illərdə qidalanma mövzusunda daha ağıllı seçimlər etdiyini deyib.

Qeyd edək ki, ketogen pəhriz, aşağı karbohidratlı, yüksək yağlı pəhrizdir. Bu pəhrizin sağlamlığa bir çox faydaları var.
Bu cür pəhrizin həqiqətən arıqlamağa və ümumi sağlamlığınızı yaxşılaşdırmağa kömək edə biləcəyini göstərən çoxlu araşdırmalar mövcuddur. Keto pəhriz hətta diabet, xərçəng, epilepsiya və Alzheimer xəstəliyinə qarşı da faydalı ola bilər.
Bununla belə, ketogen pəhrizin müxtəlif növləri var və qidalanma proqramları hər kəsin bədən növü üçün xüsusi olaraq hazırlanır. Odur ki, hərhansı pəhriz proqramına başlamazdan əvvəl həmişə bir mütəxəssislə məsləhətləşməlisiniz.

Qısaca bildirək ki, bu pəhriz karbohidrat qəbulunu əhəmiyyətli dərəcədə azaltmaq və istehlak edilən yağ miqdarını artırmaq məqsədi daşıyır. Bədənin karbohidrat qəbulunun azalması ketoz kimi tanınan metabolik vəziyyətə səbəb olur. Bu baş verdikdə, orqanizm yağ yandıraraq enerji istehsal edir. O, həmçinin qaraciyərdəki yağları ketonlara çevirir. Ketogen pəhrizlər insulin və qan şəkəri səviyyəsini aşağı salır.

Keto pəhrizdə azaldılmalı və ya imtina edilməli olan qidalar:

- Şəkərli qidalar: qazlı içkilər, meyvə şirəsi, desertlər, tort, dondurma, konfet və s.

- Taxıllar və ya nişastalar: buğda əsaslı məhsullar, düyü, makaron və s.

- Paxlalılar: Noxud, lobya, mərcimək və s.

- Kök tərəvəzlər: Kartof, şirin kartof, yerkökü və s.

- Az yağlı və ya pəhriz məhsulları

- Bəzi ədviyyatlar və ya souslar

- Sağlam olmayan yağlar

- Şəkərsiz pəhriz qidaları

- Siyahıdakı taxıllar, paxlalılar və kök tərəvəzlər karbohidratı azaltmaq üçün məhdudlaşdırılır. Bununla belə, bu potensial sağlam qidaları mütəxəssis nəzarəti altında müəyyən dozada istehlak etmək də vacibdir.

Sonda bir daha qeyd edək ki, ketogenik pəhriz bir mütəxəssislə birlikdə həyata keçirilməlidir. Əks halda, həddindən artıq karbohidrat itkisi bədəndə arzuolunmaz təsirlərə səbəb ola bilər.


Aysel