Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi

  • 2023.12.28 18:35
  • 919 Baxış
Məşhur aktyor təcili xəstəxanaya    yerləşdirildi


Rusiyanın tanınmış aktyoru Mixail Boyarskiy yenidən xəstəxanaya qaldırılıb.

“Medicina” xəbər verir ki, o, Sankt-Peterburq xəstəxanasına yerləşdirilib.


Onun ürəyində ciddi problem olduğu, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Lakin Boyarskinin həyat yoldaşı onu sadəcə, müayinəyə gətirdiyini deyib.


Aktyor bu ilin noyabrında infarkt diaqnozu ilə Moskva xəstəxanasına yerləşdirilmişdi. Daha sonra onun vəziyyəti stabilləşmişdi və tamaşalara davam edirdi.

Aygün