Məşhur aparıcı reanimasiyaya düşdü – Stresdən orqanizm çöküb

  • 2021.03.25 17:04
  • 1981 Baxış
Məşhur aparıcı reanimasiyaya düşdü  – Stresdən orqanizm çöküb


Rusiyanın tanınmış aparıcısı Lera Kudryavçeva 24 mart tarixində qəfildən halı pisləşdiyindən xəstəxanaya çatdırılıb.

Medicina.az xəbər verir ki, 49 yaşlı aparıcını birbaşa çəkiliş meydançasından aparıblar.

O, çəkiliş zamanı özünü pis hiss edib və huşunu itirmək dərəcəsinə gəlib.

Aparıcı etiraf edib ki, 3 ay əvvəl koronavirus keçirdiyinə görə orqanizmi stress və xroniki yorğunluqdan çökmüşdü.

“Mən çox qorxmuşdum. Halım dəyişəndə də həmin günlər yadıma düşdü. Amma niyə indi burdayam. Səbəbini bilirəm: stress və yorğunluq”.