Məşhur cərrah Qarabağ qaziləri üçün Bakıya gəlir – Pulsuz əməliyyatlar edəcək

  • 2021.02.19 14:08
  • 2139 Baxış
Məşhur cərrah Qarabağ qaziləri üçün Bakıya gəlir  – Pulsuz əməliyyatlar edəcək

Rusiyanın Milli Travmatologiya və Ortopediya mərkəzinin aparıcı elmi mütəxəsisi, məşhur azərbaycanlı cərrah Aqşin Bağırov Qarabağ müharibəsində yaralanan qazilərə görə Bakıya gəlir.


Medicina.az xəbər verir ki, cərrah döyüşlərdə aşağı ətrafların ciddi xəsarətlərini alan qaziləri pulsuz müaiynə edib, müalicə və əməliyyat edəcək.

23 fevraldan başlayaraq professor Bakıda City Hospitalda 2 həftə müddətində yaralıları qəbul edəcək.

Aşağı ətraf – ayaq və qolların travmaları olan qaziləri əməliyyat edəcək.

25 fevralda artıq 5 hərbçinin əməliyyatı planlaşdırılıb.


Professorun qəbuluna yazılmaq üçün klinikaya və ya Yaşat fonduna müraciət edə bilərsiniz.


Məşhur cərrah Qarabağ qaziləri üçün Bakıya gəlir  – Pulsuz əməliyyatlar edəcək