Məşhur hava aparıcısı xərçəng dərmanlarından imtina etdi

  • 2020.01.22 19:32
  • 2343 Baxış
Məşhur hava aparıcısı xərçəng dərmanlarından imtina etdi

NTB kanalının uzun illərdir məşhur hava aparıcısı Aleksandr Belyayev onkoloji xəstəlikdən əziyyət çəkir. O, uzun illərdir ağciyər xərçənginə görə müalicə alır və bu barədə izləyicilərinə məlumatlar verirdi.

Medicina.az xəbər verir ki, aparıcı xərçəngə görə ona təyin olunan uzun siyahı dolu dərmanların çoxluğundan və onların əlavə təsirindən gileylənib.

Ona görə o, bir çox dərmanları qəbul etməkdən imtina edib.

Şiş əleyhinə dərmanlar onun sinir sisteminə mənfi təsir etmişdi. Belə ki, Aleksandr gəzmə və bəzi koordinasiya hərəkətlərində çətinlik çəkirdi.

Onkoloji tabletləri dayandırandan sonra o, nevroloqların köməyi ilə yan təsirləri aradan qaldıra bildi. İndi o yalnız diabet dərmanını qəbul edir.