Məşhur həkim Dubayda turisti xilas etdi

  • 2024.04.19 17:55
  • 637 Baxış
Məşhur həkim Dubayda turisti  xilas etdi

Məşhur rusiyalı həkim, aparıcı Aleksandr Myasnikov Dubayda bir turistin həyatını xilas edib.


“Medicina” xəbər verir ki, aeroportda 74 yaşlı qadın günvurmadan huşunu itirib.


Orda olan həkim özünü yetirib, ilkin yardım edib və təcili yardıma qədər gözləyib.

Lakin yerli həkimlər onu xəstədən uzaqlaşdırıb və həkim olmasına da fikir verməyib.

Qeyd edək ki, daşqınlar səbəbindən yüzlərlə turist aeroportda qalıb, çoxunun qida və pulu qurtarır.

Aygün M