Kökəlmək istəyənlərin problemi arıqlayanlardan daha çoxdur. Çünki genetik arıq olan insanın kökəlməsi daha çətindir.
“Medicina” xəbər verir ki, xalq təbabəti üzrə həkim Fizuli Hüseynov kökəlmək üçün effektiv qarışımın reseptini paylaşıb.
“150 qram güldəfnə- hilba, 50 qram ud hindi, 50 qram qara zirə, 50 qram balqabaq toxumu tozu, 1 kq kəpəkli un, 1 kq təmiz bal. Unu çox az qovurursuz və ona bal, bütün bitkiləri qarışdırıb, 150 qram da nehrə yağı əlavə edib, məcun hazırlayırsız.
Bu qarışımdan gündə 3 dəfə yeməkdən sonra 1 xörək qaşığı qəbul edin”.
Aygün Musayeva