Məşhur müğənni Işın Karacanın 30 kilo arıqlaması görənləri heyrətə salıb.
Medicina.az xəbər verir ki, artıq İstanbulda yaşamayan Işın Karaca İzmirdə şəhər həyatından çox uzaqda yeni bir həyat qurub. Daha sakit həyat tərzinə üstünlük verən 52 yaşlı sənətçi fit görünüşü ilə diqqət çəkməyə davam edir.
Arıqladıqdan sonra imicini də yeniləyən Karacanın son görünüşü sosial mediada gündəm olub.
O, bir ildə 90 kilodan 60 kiloya düşüb. Onun son görünüşü görənləri heyrətə gətirib.
Ötən axşam bir məkanda çıxış edən məşhur müğənni göy rəngli mini libas geyinib. Karaca fit bədən quruluşu ilə arıqlamaq istəyənləri ilhamlandırıb.
Arıqlama prosesini izah edən Karaca buna xüsusi pəhrizlə nail olduğunu bildirib:
"Çox yemirəm. Sirr budur. Həyat yoldaşım Can və mən həkim nəzarəti altında fasiləli oruc tuturuq. Gündə yalnız bir dəfə yemək yeyirik. 30-40 dəqiqəlik vaxtım var və bu müddət ərzində nə istəsəm yeyirəm. Ən geci 17:30-18:00-da yeməyimi bitirirəm".
Aygün
Medicina.az