Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məşhur serialın aktyoru reanimasiyaya yerləşdirildi - Ağciyərlərdə infeksiya

  • 2021.04.13 16:04
  • 1250 Baxış
Məşhur serialın aktyoru reanimasiyaya yerləşdirildi -  Ağciyərlərdə infeksiya

Türkiyənin məşhur aktyoru, “Sadakatsız” serialında çəkilən Burak Sergen dünən vəziyyəti pis olduğundan xəstəxanaya, orda isə təcili reanimasiyaya yerləşdirilib.

Medicina.az xəbər verir ki, 60 yaşlı aktyorun ağciyərlərində pnevmoniya aşkarlanıb. Lakin onun koronavirus testləri neqativ çıxıb.

Bir gün ərzində halı pis olan aktyorun ailəsi sənətçinin komaya düşdüyü xəbərlərini təsdiqləmədi.

Onun ağciyərlərində infeksiyanın nə səbəbdən yaranması hələ məlum deyil.