Məşhur uşaq cərrahına “Əməkdar həkim” adı verildi

  • 2021.04.09 15:17
  • 2853 Baxış
Məşhur uşaq cərrahına “Əməkdar həkim” adı verildi
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Medicina.az xəbər verir ki, siyahıda Azərbaycanın məşhur uşaq cərrahı Ramiz Poluxov da var.

O Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar həkim” adına layiq görülüb.


Qeyd edək ki, dosent, Tibb elmləri doktoru, ATU Uşaq cərrahiyyəsi kafedrasının müdiri, ATU TCK Müalicə işləri üzrə direktor müavini olan Ramiz Poluxov indiyədək 160-dan çox elmi məqalənin, 10-dan artıq tədris metodiki vəsaitin müəllifidir.