Çox zaman diabet xəstələrində xərçəng inkişaf etmir. Bunun səbəbi antidiabetik dərmanların xərçəng əleyhinə təsiri ola bilər.
“Medicina” xəbər verir ki, alimlər bəzi antidiyabetik dərmanların xərçəng hüceyrələrinə təsir edə biləcəyini aşkar ediblər. Bu, diabetin müalicəsində istifadə olunan metformin üzərində tədqiqatlarla sübut olunub.
“Medicina” xəbər verir ki, metformin toxumaların insulinə həssaslığını artırır və qan şəkərinin səviyyəsini azaldır. Metformin təkbaşına bir şişi aradan qaldıra bilməz.
Lakin onun kimyaterapiyada istifadəsi onu daha daeffektiv edir.
İndiyə qədər tədqiqatlar yalnız siçanlar üzərində aparılıb, lakin nəticələr a ümidvericidir.
Şiş çıxarıldıqdan sonra kimyaterapiya və metforminin istifadəsi onun yenidən görünməsinin qarşısını almağa imkan verib. Yalnız kimyaterapevtik dərman qəbul edən siçanlarda xərçəng hüceyrələri yenidən ortaya çıxdı.
Tədqiqatçılar döş xərçənginin erkən mərhələlərində metforminlə kombinə edilmiş müalicənin yaxşı nəticələrini proqnozlaşdırırlar. Belə bir müalicə rejiminin geniş tətbiqi üçün insan sınaqları lazımdır, lakin biz artıq ümid edə bilərik ki, dərmanların aşkar edilmiş birləşməsi tibbə antitümör terapiyasında yeni səviyyəyə qalxmağa imkan verəcəkdir.
Aygün Musayeva