Meymun və donuzdan yeni heyvan növü yaradıldı - İnsanlara donor olacaq - FOTO

  • 2019.12.19 11:42
  • 5631 Baxış
Meymun və donuzdan yeni heyvan növü yaradıldı -  İnsanlara donor olacaq - FOTO
Elm adamları donuz və meymundan yeni canlı növü törədib.

Medicina.az xəbər verir ki, Çinli elm mütəxəssisləri bu yeni növün orqan nəqli gözləyən xəstələr üçün ümid olacağını bildirib.
Araşdırma əsnasında meymun və donuz birləşməsindən iki donuz balası, doğulduqdan bir həftə sonra ölüb. Lakin onların hər ikisinin qaraciyər, ağciyər, dalaq, ürək cə dərilərində meymunların DNT-si tapılıb.


Belə ki, İVF istifadə edilərək dişi donuza 4 min embriyon köçürülüb və donuz balalayıb. Pekin dövlət labaratoriyasında çalışan bir qrup mütəxəssis, meymun hüceyrələrini flüoresan protein istehsal etmək üçün dəyişdiriblər. Floresan zülalları tədqiqatçılara hüceyrələri və həmin nəsildən gələn hüceyrələri izləməyə imkan verir.

Alimlər bu dəyişdirilmiş hüceyrələri dölləndirdikdən beş gün sonra donuz embrionlarına vurdular. Bu şəkildə 10 donuz balası doğuldu və ikisinə ximera (hüceyrələrin və ya toxumaların iki və ya daha çox fərqli genotipləri) adı verilir.


Onlar daha çox meymun DNT-si olan sağlam heyvanlar dünyaya gələnə qədər təcrübələrini davam etdirəvəklərini vurğulayıb. Tədqiqatçıların əsas məqsədi təkcə meymun DNT-li heyvanlar yetişdirməkdir.