Meymunçiçəyi daha çox cinsi münasibət yolu ilə yayılacaq- Eskpert

  • 2022.06.06 14:26
  • 1745 Baxış
Meymunçiçəyi daha çox cinsi münasibət yolu ilə yayılacaq - Eskpert
Tanınmış rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov dünyada yayılan meymunçiçəyi xəstəliyinin homoseksuallar üçün xüsusilə təhlükə daşıdığını qeyd edib.

Medicina.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, homoseksuallar risk qrupuna aiddir.

“Bəli, xəstələrin əksəriyyəti homoseksualdır, lakin bu, daha çox texniki infeksiya nöqtəsidir. Meymunçiçəyi xəstəliyi insandan insana hava damcıları ilə, yalnız çox uzun və yaxın (intim) əlaqə ilə keçir”, - Myasnikov qeyd edib.

Eyni zamanda həkim bildirib ki, infeksiyanın ötürülməsi baxımından ilkin olaraq qasıq nahiyəsində və ya başda əmələ gələn, sonra isə qol və ayaqlara yayılan qabarcıqlar - xarakterik səpgilər təhlükəlidir.

“Homoseksual təmas ənənəvidən daha travmatikdir, ona görə də vezikülün zədələnməsi və meymunçiçəyi xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir”, - Myasnikov əlavə edib.

Mütəxəssisin sözlərinə görə, xəstə ilə bir metr məsafədə üç saatlıq təmasda olduqda virusa yoluxmaq mümkündür. /publika.az/