Meymunçiçəyi Rusiyaya keçib - Professor Onişenko

  • 2022.06.04 15:55
  • 2049 Baxış
Meymunçiçəyi Rusiyaya keçib  - Professor Onişenko


“Bu gün biz çox ehtiyatlı olmalıyıq, meymunçiçəyinin yayılmasına effektiv reaksiya verməliyik. İstisna etmirəm ki, bu xəstəliyi artıq bizə keçiriblər”.


Bakupost.az xəbər verir ki, bu sözləri professor, akademik Gennadiy Onişenko bildirib.

“Bizdə birinci nəsil çiçək vaksinləri kolleksiyası saxlanılıb. Yeni vaksin üzərində iş gedir. İkinci nəsil vaksin - tablet formasındadır, o da bizdə var. Amerikada meymunçiçəyinin müalicəsində effekt verən dərman qeydə alınıb.

İndi Almaniya yeni vaksin icad edir. ABŞ-ın 4-cü nəsil vaksin nümunələri də var. Bütün bunları işə salmaq, dövriyyəyə salmaq lazımdır.
Amerika tibb işçilərinin peyvəndlənməsini təklif edir.

Bəlkə də artıq Rusiya ərazisində yoluxan faktiki xəstə var. O xəstə heç yerə müraciət etməyə də bilər. Biz yoluxanları çox tez aşkarlamalıyıq. Panikaya gərək yoxdur, sadəcə ayıq olmalıyıq”, - deyə akademik deyib.