Mineral sular psixoloji xəstəlik və Alzheymerdən qoruyur

  • 2021.02.17 16:33
  • 2301 Baxış
Mineral sular psixoloji xəstəlik və Alzheymerdən qoruyur

Son illər 60 yaşdan yuxarı insanlarda ən çox görünən psixoloji xəstəlik yaşlılıq demensiyası və Alzheymer xəstəliyinə qarşı mədən suları, yəni mineral müalicəvi suların effektiv olduğu sübut olunub.

Medicina.az xəbər verir ki, Ankara Nevroloji xəstəxananın uzmanı, professor Zülküf Onal mədən sularında olan silikatın Alzheymer xəstəliyini azalda biləcəyini bildirib.


“Alzheymer xəstəliyi ilə bağlı təsirl bir müalicə yoxdur. Əlimizdə olan bir neçə adda dərman yalnız xəstəlirin irəliləməsini yavaşıdır. Əslində biz heç Alzheymer nədən olur sualının cavabını da dəqiq bilmirik. Ancaq bunu həyat şərtləri, qidalanma ilə əngəlləyə bilərik. Son zamanlar müalicəvi, təbii yeraltı mədən sularının Alzgeymerə qarşı effektivliyi elmi araşdırmalarla sübut olunub.


Günlük içdiyimiz suda ağır metallar və aliminium var. Bu aliminium illərlə orqanizmdə toplanır, sinirlər üçün təhlükə olur. Mədən sularında olan silikat vücudda aliminiumun toplanıb bərkiməsinin qarşısını alır. Ona görə də mədən sularını daim, müntəzəm, hər gün 100-200 ml qəbul edən insanlarda Alshgeymerə səbəb olan problemlər azalır. Sadəcə bir iki gün içdimlə iş keçmir. Bu işdə müntəzəm olmaq lazımdır”.