Mixail Şumaxerin son halı hamını təsirləndirdi - 45 kq çəki və...

  • 2017.10.09 18:02
  • 21473 Baxış
Mixail Şumaxerin son halı hamını təsirləndirdi -  45 kq çəki və...
Məşhur Auto Bild jurnalının əfsanəvi "Formula-1” pilotu Mixail Şumaxerin son durumu haqqında verdiyi informasiya ictimaiyyəti kədərləndirib. 


Medicina.az moderator.az-a istinadən xəbər verir ki, uzun müddət koma vəziyyətində olan və hazırda süni aparatlar vasitəsilə nəfər alan alman pilotun çəkisində və boyunda xeyli dəyişiklikər yaranıb. Çəkisi hazırda 45 kq olan Şumaxerin boy ölçüsünün 1.74 sm-dən 1.60-da düşdüyü deyilir. 


Pilot bir neçə gün əvvəl müalicə üçün Amerikaya aparılıb. 


Qeyd edək ki, Şumaxerin həyat yoldaşı, ailəsi onun xəstəlikdən sonrakı fotolarının yayılmasına qətiyyən icazə vermir. Bu səbəbdən, onun son fiziki durumunu əks etdirən bircə foto da yoxdur. Ailəsi gizli yollarla fotonu əldə edib yayan media orqanını məhkəməyə verəcəyini bildirib.