Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir.
Medicina.az xəbər verir ki, mixəkdə güclü antioksidantlar, vitaminlər və minerallar var. Xüsusilə tərkibindəki eugenol adlı maddə sayəsində təbii ağrıkəsici və mikrob əleyhinə təsir göstərir.
Faydaları:
- Antioksidantlarla zəngin olan mixək orqanizmi infeksiyalara qarşı qoruyur.
- Antiseptik xüsusiyyəti sayəsində ağız qoxusunu aradan qaldırır və diş əti iltihabına yaxşı gəlir.
- Həzmsizlik, şişkinlik və mədə kramplarına qarşı təsirlidir.
- Müntəzəm olaraq qəbul edildikdə qan şəkərini balanslaşdırmağa kömək edə bilər.
- Revmatik xəstəliklərin əlamətlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.
Mixək qaynadıb içmək orqanizmdən toksinləri çıxarmağa kömək edir.
5-6 mixək 1 stəkan qaynar suda 5 dəqiqə qaynadıb süzüb içmək aşağıdakı faydaları verə bilər:
- Boğaz ağrısı və öskürəyə qarşı təsirlidir.
- Virus əleyhinə xüsusiyyəti sayəsində soyuqdəyməyə yaxşı gəlir.
- Mədəni rahatladır və qaz problemlərini azaldır.
- Maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir.
- Aybaşı ağrılarını aradan qaldırır.
Aygün
Medicina.az