Mobil telefonların şüası kişilərdə sperm keyfiyyətini azaldır - ALİMLƏR

  • 2022.01.31 17:14
  • 2154 Baxış
Mobil telefonların şüası kişilərdə sperm keyfiyyətini azaldır  -  ALİMLƏR


Alimlər kişiləri mobil telefonların toxum keyfiyyətinə təsiri barədə xəbərdar edib.

Medicina.az xəbər verir ki, telefonların elektromaqnit şüa dalğaları spermin sayı və keyfiyyətinə mənfi təsir edir.

Cənubi Koreyanın Pusan Milli Universitetinin alimləri sistematik şəkildə apardıqları metanaliz nəticəsində telefon elektromaqnit dalğalarının kişi cinsiyyət orqanlarına təsirini təhlil edib.

Nəticələr göstərib ki, sutkada 5 saatdan artıq teledondan istifadə və təmas həqiqətən də spermin hərəkətliliyini. keyfiyyətini, həyat qabiliyyətini kəskin azaldır.

Ona görə ata olmağa hazırlaşan kişilər mobil telefondan istifadə və bədənin təmasını xeyli azaltmalıdır.