Modern Hospitalın 15 illik yubileyi oldu - Fotolar

  • 2023.12.19 19:28
  • 647 Baxış
Modern Hospitalın 15 illik yubileyi oldu  - Fotolar

Bakıda ilk yaranan özəl klinikalardan biri Modern Hospitalın fəaliyyətinin 15 ili tamam oldu. Hospital kollektivi bu əlamətdar günü xüsusi tədbirlə qeyd edib.


"Medicina" xəbər verir ki, 10 ildir klinikanın baş həkimi olan bariatrik cərrah Taryel Ömərov klinika kollektivini təbrik edib.

"Çox xoş və önəmli illərimiz qədər, çox gərgin və sürətli, ciddi qərarlar qəbul etdiyimiz anlar çox oldu.

Amma əsas olan alnıaçıq, üzüağ və başı dik olaraq idarə olundu bu kollektiv. Çünki kollektiv özü çox dəyərli və intelektual yüksək insanların əməyi sayəsində irəli aparıldı.

Bu illər ərzində kollektivdə Administrativ işimi bu amil əsasında qurdum : əgər basqalarinin xoşbəxtliyini yaza biləcək bir qələm ola bilmirsənsə, hec olmasa kədərlərini silə, səhvlərini düzəldə biləcək bir silgi ol və qəlblərinə daima ümid aşila. De ki, kədərlənmiyin, sabah bu gundən daha gözəl olacaq".


Qeyd edək ki, Modern Hospital 6 mərtəbə olmaqla ümumi 3000 m2 sahəyə malik olub hər yaş təbəqəsinə xidmət göstərən sağlamlıq mərkəzidir. Klinikamız 32 yataqlı cərrahi stasionar, tam təminatlı reanimasiya şöbəsi, 4 əməliyyatxana bloku, bütün poliklinik şöbələri özündə birləşdirərək həftənin 7 günü, 24 saat boyunca xidmətinizdədir. Klinikamızda həm təcili, həm də planlı cərrahi əməliyyatlar icra olunur.