Moskvada distansion iş yanvara kimi uzadıldı – Yaşlılara qadağa

  • 2020.11.26 16:03
  • 720 Baxış
Moskvada distansion iş yanvara kimi uzadıldı  – Yaşlılara qadağa

Moskva meri pandemiya ilə bağlı məhdudlaşdırmaları sərləşdirmək və uzatmaq barədə qərar verib.

Medicina.az xəbər verir ki, Moskvada distansion iş 15 yanvara kimi uzadıldı
65 yaşdan yuxarı insanlar evdə qalmalıdır.

Uşaqlar üçün mərkəzlər də açılmır.

Mer bildirib ki, paytaxtda koronavirusla bağlı vəziyyət gərgindir, yoluxma və ağırlaşmalar hər sutka 2-3% artır.
Hələ ki, istehsalat, biznes müəssisələri, mağaza və xidmət sahələrinin bağlanması nəzərdə tutulmur.

Şəhərdə yeni illə bağlı tədbirlər də olmayacaq. Bayramı məhdud çərçivədə və evdə qeyd etmək lazımdır.