Moskvada koronavirusdan rekord həddə ölüm qeydə alındı

  • 2020.05.16 00:58
  • 46994 Baxış
Moskvada koronavirusdan rekord həddə   ölüm qeydə alındı
Moskvada son sutka ərzində koronavirusdan 74 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə paytaxtda yaradılan Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində yeni virusa yoluxanların sayı 1432 nəfər olub.

Qeyd edək ki, Moskvada ilk dəfədir ki, bir gündə bu qədər – rekord həddə ölüm qeydə alınıb.